Saleh Səmədov həbs edildi

Saleh Səmədov həbs edildi
31 may 2025
# 15:00

İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.

Kulis.az xəbər verir ki, Saleh Səmədov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi üzrə həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından isə bu barədə şərh verilməyib.

Rayonda gəzən söz-söhbətlərə görə, Saleh Səmədov işdən azad olunandan həmən sonra saxlanılıb.

Yerli sakinlər bildirir ki, Saleh Səmədov və övladları İmişlidə məlum hadisələrə qədər "harın həyat tərzi" keçirirmiş. Saleh Səmədovun rayonda "Rolls-Royce"la gəzməsi, özü və övladlarının bahalı restoranlarda məclislər təşkil edib pullar xərcləməsi sadə rayon camaatını qıcıqlandırırmış. Təbii ki, bunlar da Saleh Səmədovun sonunu gətirən səbəblərdən biridir.

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Xatırladaq ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə sədr Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.

S.Səmədovun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun vəzifədən uzaqlaşdırılmasından sonra çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olduğuna dair də məlumatlar yayılıb. Lent.az

# 2152 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər