Sabir Rüstəmxanlı: "Mədəniyyət Nazirliyinə ayrılan vəsait araşdırılmalıdır"

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

10 noyabr 2022
# 14:00

“Mədəniyyət sahəsinə büdcədən ayrılan pul artırılmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, xalqlar təkcə vuruşmur, onların tarixi, mədəniyyəti də vuruşur: “Milli Kitabxanaya ayrılan vəsait azaldılıb. Bunun səbəbi nədir?! Mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır. Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”.

Deputat kənd təsərrüfatı sahəsində problemlərdən bəhs edib: “Subsidiya ildən-ilə artırılır. Amma bunların nəticəsi ortada yoxdur. Digər tərəfdən, rayonların idarələri birləşdirilir. Üç-dörd rayonun idarələri birləşdirilir. Dövlət bundan nə qazanır? Gedirsən dağlıq bir rayonda təkcə icra başçısı oturur, amma qurumlar? İdarələr hərəsi bir diyarda. Onda bu rayonları da ləğv edək”.

Deputat doğulan uşaqlara görə büdcədən vəsait verilməsini təklif edib: “Rusiyada doğulan hər uşağa görə nə qədər vəsait verilir. Biz niyə vermirik, bəyəm bizim gücümüz yoxdur? Özləri deyir ailə planlaması edin, çoxuşaqlılığın qarşısı alınır. Doğulan 1-2 uşağa da dövlət dəstək göstərmir”.

# 2501 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər