Sabir Rüstəmxanlı: "Çingiz Aytmatov bunu təklif etmişdi"

Sabir Rüstəmxanlı:  "Çingiz Aytmatov bunu təklif etmişdi"
4 aprel 2023
# 14:30

“Bir konfransda mən Çingiz Aytmatova nə üçün Nobel mükafatı verilməməsi barədə danışdım. Konfransdan sonra məni otağına çağıran Çingiz Aytmatov söhbətdə Heydər Əliyevi böyük, dahi insan kimi qiymətləndirdi, Nobel mükafatına alternativ olaraq Heydər Əliyev Beynəlxalq Mükafatının yaradılmasını təklif etdi. Məndən bu fikri Bakıda rəhbərliyə çatdırılmasını istədi. Dedi ki, Nobel mükafatı almaq istəyənlər Heydər Əliyev Beynəlxalq Mükafatını almaq üçün sıraya düzüləcəklər”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

Sabir Rüstəmxanlı deyib ki, həmin söhbətdən sonra Bakıya qayıdıb, bunu rəhbərliyə çatdırmaq istəyib: “Həmin vaxt Heydər Əliyev Mükafatı təsis edildi, daha sonra Vətən müharibəsi oldu. Ancaq mən bu gün Çingiz Aytmatovun təklifini buradan açıqlamaq istəyirəm ki, ölkə rəhbərliyi də bundan xəbərdar olsun”.

# 2793 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər