Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”
12 dekabr 2024
# 11:15

Mərakeşin paytaxtı Rabatın Milli Fotoqrafiya Muzeyində məşhur fotoqraf Reza Deqatinin “Müasir Odisey” adlı sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə 20 foto və 5 kitab nümayiş olunur. Qonaqlar burada foto sənəti dünyasının heyrətamiz nümunələrini yaxından kəşf edə bilirlər. Bu nümunələr o qədər təsirlidir ki, sanki dilə gəlib şəhidlərin qanı ilə yazılmış tarixin dərinliklərinə toxunan duyğulu hekayələr danışırlar.

Sərgidə R.Deqatinin Azərbaycanın azad olunmuş torpaqlarından, eləcə də Şirvanşahlar sarayı, Xınalıqdan çəkilmiş fotoları yer alır. Ağbirçək bir ananın itkisinə ağısını əks etdirən “Fəryad” adlı foto, eləcə də “Yanan ev”, “Güllələnmiş heykəl” fotoları xalqımızın üzləşdiyi faciələr haqqında sərgi iştirakçılarında təsəvvür yaradır. Hər bir şəklin arxasında bir hekayə var. Bunu dünyaşöhrətli fotoqrafın əsərlərində daha aydın görmək olur. R.Deqati bu hekayələri sərgi ziyarətçilərinə çatdırmağa çalışır. Fotoqrafın obyektivinə tuş gəlmiş üzlərdəki emosiyalar, sarsıntılar müxtəlif insan taleləri haqqında dolğun təsəvvürlər yaradır.

Sərgi gələn il iyunun 30-dək davam edəcək.Sərginin açılışında Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov iştirak edib.

# 1961 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər