Rejissorumuzun film layihəsi CEDOC Marketdə iştirak edib

Rejissorumuzun film layihəsi CEDOC Marketdə iştirak edib
3 iyun 2025
# 10:00

Rejissor Ələmdar Faiqin “Ümid bizi aparacaq” adlı tammetrajlı sənədli filmi layihəsi CEDOC Marketdə iştirak edib.

Kulis.az xəbər verir ki, CEDOC Market – Mərkəzi Avropa Sənədli Filmləri Birgə İstehsal Bazarı, beynəlxalq sənədli film istehsalçılarını bir araya gətirən tanınmış bir sənaye tədbiridir.

Tədbirin əsas məqsədi Şərq və Qərb, Şimal və Cənub arasında yaradıcı tərəfdaşlıqlar qurmaqdır.

Film Krakov kinofestivalı çərçivəsində keçirilən CEDOC Marketdə iştirak hüququ əldə edib. Filmi bu festivalda AKİ-nin katibi, prodüser Türkan Hüseyn təmsil edib.

Filmin istehsalçı şirkəti “Çinar film”, prodüserləri Türkan Hüseyn, Sərxan Cəfərli, rejissoru Ələmdar Faiq, operatoru Tofiq Əliyev, rəssamı isə Lətif İsmayıldır.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Ümid bizi aparacaq” adlı tammetrajlı sənədli filmi layihəsinin CEDOC-Marketdə iştirakı üçün maliyyə dəstəyi göstərib.

# 1578 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər