Rasim Balayev: "Qələt edirlər! Onlar mənim nəyimə lazımdır?"

Rasim Balayev:  "Qələt edirlər! Onlar mənim nəyimə lazımdır?"
22 avqust 2023
# 17:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev cinsi azlığın nümayəndəsi kimi tanınan ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilova müsahibə verdiyi üçün tənqid olunmasına münasibət bildirib.

Kulis.az xəbər verir ki, R.Balayev açıqlamasında onun İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bildiyi halda müsahibə verdiyini deyənlərə belə cavab verib:

“Qələt edirlər. İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim, əlbəttə, ona müsahibə verməzdim. Mən elə adamlarla danışmazdım. Ümumiyyətlə, bu, bədbəxtlikdir. Nə bilim, vallah. Onlar mənim nəyimə lazımdır?”

Xatırladaq ki, ANS ÇM radiosunun əməkdaşı olmuş İ.Cəlilov Amerikaya mühacirət edib. O hətta cinsi azlığın nümayəndəsi kimi homoseksual tərəfdaşı ilə evlənib. İ.Cəlilovun müsahibədə Rasim Balayevə “mən də cinsi azlığam, amma özümü müsəlman sayıram, siz də məni müsəlman sayırsınızmı?” sualına R.Balayev “əgər siz geysinizsə, yox” deyib. O, İ.Cəlilovun “məni öz vətəndaşınız kimi görürsünüzmü?” sualına isə “eşitdim və təəccüb qaldım” cavabını verib.

Pravda.az

# 3124 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər