Rafael Hüseynov: "Mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir"

Rafael Hüseynov: "Mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir"
12 noyabr 2025
# 13:15

"Bu il rayon və şəhərlərdə musiqi məktəblərinə qəbul yerləri azaldıldı".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, eyni zamanda bölgələrdə mədəniyyət sahəsində çalışan işçilərlə bağlı bir sıra qərarlar qəbul edildi: “Burada xüsusilə bir məsələni qeyd etmək istəyirəm. Misal üçün mənmi təmsil etdiyim bölgədə 5 kitabxanada belə bir problem var. Kitabxananın işçisinin 65 yaşı tamam olub, təqaüdə göndərilib və yerinə işçi götürülməyib. Bu gün həmin 5 kitabxananın fəaliyyəti dayanıb. Hesab edirəm bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var”.

Parlament sədrinin müavini Rafael Hüseynov isə qeyd edib ki, bu sahədə də yenilik olmalıdır: “Musiqi məktəbində çalışanların işsiz qalması arzu olunan deyil. Amma baxılmalıdır ki, xüsusilə rayon musiqi məktəblərində elə adamlar çalışır ki, heç not bilmir, elementar biliklərdən məhrumdurlar. Digər tərəfdən, bu gün mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir. Bütün istiqamətlər üzrə biz modernləşməyə çalışacağıq. Bu zaman ixtisarların, bağlanmaların da səbəbi aydınlaşar”.

# 1316 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər