Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirildi

Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirildi
10 iyun 2026
# 13:21

“Ulduz” jurnalının baş redaktoru, şair və yazıçı Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində çıxış edən Qulu Ağsəs bildirib ki, kitabın adı 2020-ci il Vətən müharibəsi dövründə yaşanan hisslərdən qaynaqlanır.

O, həmin günlərdə hər zaman səhər saat 6-da qələbə xəbəri eşidəcəyimizə inandığını, bunu tez-tez dilə gətirdiyini və məhz buna görə də kitabı “Saat 6-nı gözləyirəm” adlandırdığını vurğulayıb.

Müəllifin sözlərinə görə, kitabda Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tanınmış şəxsiyyətlər haqqında esselər yer alıb və nəşr müxtəlif mövzuları əhatə edən kiçik həcmli yazılardan ibarətdir.

Xalq yazıçısı Çingiz Abdullayev bu kitabın çoxsaylı oxucular tərəfindən maraqla qarşılanacağına inandığını deyib.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas bildirib ki, Qulu Ağsəs peşəkar redaktor olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malikdir.

Tədbirdə çıxış edən professor Sevinc Əliyeva kitabda Azərbaycan dilinin ifadə imkanları, rəngarəngliyi və bədii gücünün aydın şəkildə əks olunduğunu diqqətə çatdırıb. O, həmçinin, Qulu Ağsəsin şeirlərinə məktəb dərsliklərində də yer verilməsinin məqsədəuyğun olacağını bildirib.

Tədbirdə çıxış edənlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıb, kitabın geniş oxucu auditoriyası qazanacağına əminliklərini ifadə ediblər.

# 994 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər