“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti”nin təqdimatı keçirildi

“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti”nin təqdimatı keçirildi
11 mart 2026
# 16:15

AMEA Mərkəzi Kitabxanasında şair-publisist, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü, deputat Musa Urudun müəllifi olduğu “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” adlı kitabının təqdimatı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Musa Urud bildirib ki, kitabı Azərbaycanın qədim mədəniyyət və dövlətçilik mərkəzlərindən biri hesab olunan Qərbi Zəngəzur bölgəsinin toponimlərinin sistemli tədqiqinə həsr edib.

O qeyd edib ki, nəşrdə qədim dövrlərdən müasir dövrə qədər müxtəlif mənbələr, sənədlər, kameral təsvirlər, elmi ədəbiyyat və xəritələr, həmçinin yerli sakinlərin məlumatları əsasında bölgənin toponimlərinin tarixi, etimologiyası və mədəni-etnoqrafik mənzərəsi araşdırılıb: “Eyni zamanda, XX əsrin 30-cu illərindən başlayaraq Ermənistanda toponimlərin məqsədli şəkildə dəyişdirilərək erməniləşdirilməsi prosesinin xronologiyası da təqdim olunub”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, kitab Prezident İlham Əliyevin dilin daxili imkanları hesabına zənginləşdirilməsi istiqamətində qarşıda qoyulan vəzifələrin həyata keçirilməsi baxımından atılmış mühüm addımdır.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, lüğətdə Zəngəzur mahalının Azərbaycanın tarixi torpaqları olduğu təsbit olunub: “Bu kimi kitablarla öz tarixi torpaqlarımıza mənəvi cəhətdən qayıdırıq və fiziki cəhətdən də qayıdacağıq. Çünki o torpaqlar bizim tarixi torpaqlarımızdır”.

Sonra Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş direktoru Zaur İmrani, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, professor İsrafil İsmayılov, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Cəbi Bəhramov və filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov çıxış edərək kitabın elmi və tarixi əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, Musa Urud Azərbaycan Respublikası Milli Məclisi Toponimiya Komissiyasının üzvüdür və təqdim olunan nəşr müəllifin Zəngəzurun tarixinə həsr etdiyi yeddinci tədqiqat əsəridir. Kitab bölgənin tarixi, toponimiyası və mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Xatırladaq ki, 316 səhifəlik nəşrin elmi redaktoru İsa Həbibbəyli, rəyçiləri siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.

# 1124 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər