Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verildi

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verildi
6 fevral 2026
# 11:01

Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə bu gün Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib.

Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının ilk konserti təqdim olunub. Musiqisevərlərin böyük marağına səbəb olan festival klassik musiqinin tanınmış ifaçılarını bir araya gətirib.

Dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunmuş gecədə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Azərbaycan Dövlət Simli Kvarteti səhnə alıblar. Festivalın ilk konserti Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinə həsr olunub.

Səhnədə tanınmış pianoçular və kamera musiqi kollektivləri çıxış edərək dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. 4 gün gün davam edəcək festival çərçivəsində müxtəlif janrlarda konsert proqramları təqdim olunacaq.

Tədbirin əsas məqsədi klassik musiqinin təbliği, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və Qəbələnin musiqi və turizm mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsidir.

# 1279 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər