Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olacaq

Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olacaq
24 noyabr 2025
# 16:20

Noyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə kamera musiqisi gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, gecənin solisti skripkaçı Dilarə Mehdiyeva-Kurtaran olacaq.

Konsert proqramına Cüzeppe Verdinin “Simli alətlər üçün kvartet” və “Mi minor” (Bakıda ilk dəfə simli orkestr tərəfindən ifa olunur), Aqşin Əlizadənin “Pastoral və Aşıqsayağı”, Valentin Silvestrovun “Gecə serenadası” və Astor Pyatsollanın “Buenos-Ayresdə ilin fəsilləri” silsiləsi (dördhissəli) daxil ediləcək.

Qeyd edək ki, Dilarə Mehdiyeva-Kurtaran 1998-ci ildən 2014-cü ilə qədər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin üzvü olub. 2002-ci ildən 2014-cü ilə qədər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka müəllimi işləyib. 2002-ci ildə ABŞ-da keçirilən “Apple Hill” Kamera Musiqisi Festivalına dəvət alıb və 2005-ci ildə dirijor Valeri Gergiyevin rəhbərliyi ilə Pasxa Festivalında Azərbaycanı təmsil edib. O, 2007-ci ildə Əməkdar artist adına layiq görülüb, 2011-ci ildən 2014-cü ilə qədər Prezident təqaüdçüsü olub. Musiqiçi 2014-cü ildən Antalyada yaşayır və Aralıq dənizi Universitetinin Antalya Dövlət Konservatoriyasında dərs deyir.

# 977 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər