Polşa kukla sənəti nümunələri fotosərgidə

Polşa kukla sənəti nümunələri fotosərgidə
14 mart 2024
# 17:20

Martın 13-də Azərbaycan Dövlət Kukla Teatrında Polşa Respublikasının Bakıdakı Səfirliyinin teatrla birgə layihəsi olan “Polşanın kukla teatr sənəti” foto sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan bu tədbirin təşkilində məqsəd iki ölkənin kukla teatrı sənətçilərini qiyabi də olsa tanış etmək, birgə yaradıcılıq əlaqələrinin yaranmasına zəmin yaratmaq olub. Polşalı teatr təmsilçilərinin yaradıcılığına foto-səyahət olan sərginin açılışında Meksika, Slovakiya və Çilinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, diplomatik korpuslarının təmsilçiləri də iştirak ediblər.

Sərginin açılışında çıxış edən Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskin hər iki ölkə arasındakı mədəni əlaqələrdən, teatr sənəti üzrə əməkdaşlıqdan söz açıb.

Polşada kukla sənətinin qədim tarixə malik olduğunu deyən diplomat dövlət və müstəqil olmaqla çoxsaylı kukla teatrı kollektivlərinin fəaliyyət göstərdiyini, onların hər birinin janr və üslub keyfiyyətləri baxımından fərqli sənət ənənələrini yaşatdıqlarını vurğulayıb.

Qeyd edək ki, Polşa uzun və maraqlı kukla teatrı tarixinə malikdir. Burada ilk kukla tamaşalarının nümayiş tarixi XV əsrə gedib çıxır. Belə ki, həmin vaxtlar kukla ifaçıları küçələrdə və şəhər meydanlarında tamaşalar göstərərək bütün ölkəni gəzirdilər.

# 2309 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər