Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib

Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib
3 iyun 2025
# 17:15

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ölkənin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan muğamı və milli musiqi sənətimizlə bağlı ustad dərsləri keçirilib.

Kulis.az xəbər verir ki, ustad dərslərini Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova aparıb.

Dərslər musiqişünaslıq, solo ifa və xalq çalğı alətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Onlara Azərbaycan milli musiqi mədəniyyəti, muğam sənətinin tarixi kökləri, ifa üslubları, xalq musiqimizin janr zənginliyi və milli irsimizin qorunması ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Gülyanaq Məmmədova mühazirələrində Azərbaycan muğamının dünya musiqi xəzinəsindəki yeri, bu sənətin UNESCO tərəfindən bəşəri irs nümunəsi kimi tanınması, həmçinin muğamın müasir ifaçılıq və bəstəkarlıq məktəblərindəki rolu barədə məlumat verib.

Ustad dərslər çərçivəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər sənətkarların yaradıcılığına da xüsusi yer ayrılıb, dərslər interaktiv sual-cavab sessiyaları ilə müşayiət olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, gənc özbək musiqiçilərin Azərbaycan musiqi məktəbi ilə yaxından tanış olması və regionda mədəni inteqrasiyanın gücləndirilməsidir.

# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər