Öz nekroloqunu çap etdirən yazıçı Robert Blox

Öz nekroloqunu çap etdirən yazıçı Robert Blox
23 sentyabr 2025
# 15:15

23 sentyabr ABŞ yazıçısı Robert Albert Bloxun anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı haqqında maraqlı materialı təqdim edir.

Robert Albert Blox qorxu və fantastika janrının ən parlaq simalarından biridir. 1917-ci ildə Çikaqoda doğulan yazıçı, uşaq yaşlarından etibarən qorxu ədəbiyyatına, xüsusən də Hovard Lavkraftın yaradıcılığına vurğun idi.

Sonralar Lavkraftla məktublaşması onun yaradıcılığında silinməz izlər qoydu. Bloxun əsərləri arasında ən məşhuru, Alfred Hiçkokun məşhur ekranlaşdırması sayəsində bütün dünyada şöhrət qazanan "Psixo" romanıdır. Amma onun yaradıcılığı yalnız bu əsərlə məhdudlaşmır – yüzlərlə hekayə, otuzdan çox roman və bir çox mükafatlar (Hüqo, Brem Stoker, Beynəlxalq Fentezi mükafatları) Bloxun ədəbiyyatdakı mövqeyini möhkəmləndirib.

Alman-yəhudi köklü ailəsində doğulan Bloxun atası bank kassiri, anası isə sosial işçi idi. Lakin uşaq Robert üçün həqiqi macəra gecə təkcə baxdığı “Operanın xəyalı” filmindən sonra başladı. Bu film onun iki il davam edən kabuslarından qurtulmasına səbəb oldu və onda qorxu janrına maraq oyatdı.

Ailəsinin Miluokiyə köçməsi ilə Robert öz yolunu ədəbiyyat sahəsində tapdı. Məktəbdə tanış olduğu dostu Herold Qauer onun ilk hekayəsini nəşr etdirdi. Bu, yalnız başlanğıc idi – 1935-1945-ci illərdə o, qorxu və fantastika janrında 100-dən çox hekayə yazdı.

Robert Bloxun yaradıcılığı Lavkraftla birbaşa bağlıdır. Hətta Lavkraftın əsərində baş qəhrəmanlardan biri məhz Bloxun prototipidir. İlk hekayələrində Ktulxu miflərinin izlərini görmək mümkündür.

1945-ci ildə o, radio üçün “Stay Tuned for Terror” şousunu yaratdı, eyni adlı ilk kitabını çap etdirdi və “The Opener of the Way” adlı hekayələr toplusu ilə oxucuların qəlbinə yol tapdı.

Robertin həyatında sevgi də önəmli yer tuturdu. İlk evliliyi Marion Rut Holkombe ilə başladı. Lakin Marionun sağlamlıq problemləri ailənin başqa bir şəhərə köçməsinə səbəb oldu.

1963-cü ildə boşandıqdan sonra Robert həyatını Elianor Aleksandr ilə birləşdirdi. Onların sevgi dolu həyatları, uzun illər birgə keçirdikləri xoş günlər ədəbiyyat dünyasında Bloxun ən parlaq ilham qaynağı oldu.

Robert Blox 1994-cü ildə öz nekroloqunu çap etdirdi – həyatının son zarafatı kimi. Və bir ay sonra xərçəng xəstəliyindən dünyasını dəyişdi...

# 1557 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər