Onlar niyə qadın baldırından yazır? - Ədəbi mühitin pərdəarxası

Onlar niyə qadın baldırından yazır? - Ədəbi mühitin pərdəarxası
20 iyun 2025
# 12:20

Kulis.az Tural Turanın yeni yazısını təqdim edir.

Bu gün modern Azərbaycan ədəbiyyatını vərəqləyəndə cəmi iki yol görürsən, şəhərdən çıxan yazıçılar və kənddən gələn imzalar. Əksər hallarda kənd mühitindən çıxanların şeir və hekayələrindən tövlə qoxusu, şəhərlilərin yazılarından isə qırmızı çaxır və “odekolon” iyi gəlir.

Bir növ sovetlər dönəmindən sonrakı mərhələdə, keçid dövründə qalmışıq. Ona görə də bu vaxta qədər dünya ədəbiyyatına düzəməlli şair və yazıçı çıxara bilməmişik.

Dünya Marsdan, Plutondan yazır, ən pis halda robotların gəlin-qaynana münasibətlərindən. Biz isə nostalji “orqanik” mətnlərlə oxucu qabağına çıxırıq.

Hay-küy salırıq ki, bizi oxuyan yoxdur. Sizi ona görə oxumurlar ki, yazdıqlarınız sadəcə həyat ssenarilərini köçürməkdir. Beyin məhsulu demək olar ki, yoxdur.

Əlahəzrət imza, oxucu bu gün yaşadığını iki saat sonra sənin qələmindən niyə oxumalıdır ki?! Bir az beyin xəritənizi böyüdün, onun sərhədlərini demarkasiya edin...

Gəlin, sizə yazıçı, şair kimi qısa zamanda məşhurlaşmağın beş yolundan danışım.

Birincisi, tabulardan yazın, qısa zamanda içinizdəki qurdlamış tabuları qırın.

İkincisi, tabulardan yazdığınız şeir və hekayələrinizi ən mühafizəkar qohumlarınıza, tanışlarınıza oxuyun. Onların kəskin etirazı sizi qıza zamanda məşhurlaşdıracaq. Çünki etiraz etsə də, incəliklərinə qədər oxuyacaq və etirazını da incəliklərinə qədər “hayqıracaq”.

Üçüncü periodda mühafizəkar məşhurların qapısını bu şeir və hekayələrlə döyün. Onlar da bir-iki dəfə ağıllarına deyil, ağızlarına gələni haqqınızda aləmə car çəkəndən sonra hamı internetdə sizin imzanızı axtarışa verəcək.

Dördüncüsü, kişilər qadın baldırına, qadınlar da kişi əzələlərinə, səliqəli saqqalına vurğun şeirlər yazıb trendə çevirsinlər. Bir də görəcəksiniz ki, ədəbi mühitdə yeni cərəyan, yol yaratmısınız. Amma erotikaya keçməyin, Qərb erotik mətnlərin başını çoxdan buraxıb, artıq ssenarilər yazırlar...

Beşincisi, özünüzə yaxşı, etibarlı sponsor tapın. “Həci”lər və “day-day”lar dövrünü bitirin. Ona sponsor yox, Könül İşləri naziri deyin. Bir az kreativ olun. Hətta geyimlərinizi, ətirlərinizi də o seçsin, sizə qalsa yenə “odekalon”a, “Krasnı Moskva”ya qaçacaqsınız.

Əgər bunları maddə-maddə gerçəkləşdirə bilsəniz, Nobel mükafatını gətirib eyvanınızda sizə təqdim edəcək. Nə vaxtsa yadınıza düşsəm, o zaman şirinliyimi heç kimin görmədiyi qələbəliklərdə sakitcə cibimə soxuşdurarsınız.

Yazdıqlarıma əməl etsəniz, saatda 280 kilometr-saatla məşhurlaşacaqsınız.

Qələminizin ucundan öpürəm, beyninizə qüvvət, di gedib yazmağa başlayın.

# 2139 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər