“Ölüm hökmü” Türkiyədə çap olundu

“Ölüm hökmü” Türkiyədə çap olundu
11 may 2022
# 13:20

“Ölüm hökmü” əsəri Türkiyədə çap olundu

Kulis.az xəbər verir ki, roman “Ötükən” nəşriyyatında çap olunub.

Xalq yazıçısı Elçinin məşhur “Ölüm hökmü” romanı sovet dönəmində yazılmış və senzuradan çəkinməyərək siyasi-ictimai həqiqətləri açıb göstərən nadir ədəbi nümunələrdən biridir. Oxucuların böyük maraqla qarşıladığı bu roman ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.Təsadüfi deyil ki, yüksək bədii səviyyədə yazılmış bu əsər xarici dillərə çevrilmiş, dəfələrlə səhnələşdirilmiş və nəşr edilmişdir.

Türkiyə Respublikasının tanınmış nəşriyyatlarından biri olan “Ötüken” “Ölüm hökmü” romanını oxuculara ilk dəfə 2007-ci ildə təqdim etmişdir. Roman oxucuların böyük marağına səbəb olmuş, türk ədəbi-elmi dairələri tərəfindən yüksək qiymətləndirilmişdir.

İlk nəşrdən sonra nəşriyyat oxucuların tələbatını nəzərə alaraq, romanı dəfələrlə təkrar nəşr etmişdir.

Bu günlərdə nəşriyyat romanı beşinci dəfə oxuculara təqdim edərək yazır: “Oxucuların “Ölüm hökmü” romanının bu yeni nəşrini də daha böyük bir ilgi və maraqla oxuyacaqına əminik”

Əsəri türkcəyə Azad Ağaoğlu çevirmişdir.

# 3672 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər