“Ölməz” tamaşasına ictimai baxış keçirilib

“Ölməz”  tamaşasına ictimai baxış keçirilib
23 iyul 2025
# 13:44

Sumqayıt Dövlət Dram Teatrında Birinci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı səhnə əsərinə ictimai baxışı keçirilib.

Kulis.az xəbər verir ki, tamaşa "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı yeni teatr layihəsi çərçivəsində hazırlanıb. Əsərin müəllifi Elşən Sərxanoğludur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir.

Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edir.

Tamaşa dərin emosional təsiri, vətənpərvərlik ruhu və real hadisələrə söykənən dramatik gedişi ilə auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, səhnə əsərində Natiq Qasımovun igidliyindən bəhs edilir. Altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi alban kilsəsində mühasirəyə düşən qəhrəmanımız, sonadək ermənilərə müqavimət göstərir və yalnız Xocalıda girov götürülmüş 22 dinc sakinin həyatını xilas etmək üçün təslim olmağa razılaşır. O, hətta təslim olarkən belə Azərbaycan bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə işgəncə ilə qətlə yetirilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

“Ölməz” tamaşasının rəsmi premyerası sentyabr ayında planlaşdırılır.

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər