“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib
5 mart 2026
# 10:35

Məşhur “New York Post” nəşri Heydər Əliyev Mərkəzinin beynəlxalq incəsənət mərkəzinə çevrilməsindən yazıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, “New York Post”da qeyd edilib ki, Heydər Əliyev Mərkəzinə görə Bakı beynəlxalq rəqabətli mədəniyyət mərkəzi olması ilə fəxr edə bilər.

“Bakının memarlıq rəmzi və qeyri-adi binasına qədəm qoyan ziyarətçilər üçün mesaj aydındır: bura beynəlxalq mədəniyyət mərkəzi kimi ciddi qəbul edilməli olan bir şəhərdir. Bakı beynəlxalq rəqabətli mədəniyyət mərkəzi olması ilə fəxr edə bilər”, - nəşrdə bildirilib.

“New York Post” bu əsnada son dövrlərdə beynəlxalq incəsənət layihələri-Amerikanın hiperrealist heykəltəraşı Kerol Förmen, məşhur britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatner, kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə canlandıran Fernando Boteronun Heydər Əliyev Mərkəzində təqdim olunan sərgilərini xüsusilə vurğulayıb.

“Əlamətdar haldır ki, Mərkəzdə ilk böyük incəsənət layihəsi 2013-cü ildə Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi olub. Bakı Avropa və Asiya arasında mədəni körpüdür. Beynəlxalq kuratorlar, rəssamlar və incəsənət xadimləri Bakını öz sənət marşrutlarına daxil edir. Bütün bu trasformasiyanın mərkəzində isə bina olmaqdan da daha əhəmiyyətli rolu olan miqyaslı memarlıq layihəsi - Heydər Əliyev Mərkəzi dayanır”, - “New York Post”un məqaləsində qeyd olunub.

# 1431 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər