Nemət Mətinin Türkiyədə kitabı çap olundu

Nemət Mətinin Türkiyədə kitabı çap olundu
4 aprel 2022
# 10:40

Azərbaycanlı yazıçı Nemət Mətinin 2020-ci ildə işıq üzü görən “Son Uçuş” hekayə kitabı Türkiyədə oxuculara təqdim olunacaq.

Sim-sim.az xəbər verr k, “Artshop Publications” nəşriyyatında çap olunacaq kitabı jurnalist, şair-yazıçı İbrahim Tığ və Bülent Ecevit Universitetinin (BEÜ) doktoru Rövşən Məmmədov türk dilinə çeviriblər.

1990-cı ildə Bakının Yeni Suraxanı qəsəbəsində anadan olan Nemət Mətin gənc nəsil Azərbaycan ədəbiyyatının nüfuzlu yazıçılarındandır. O, əsərlərində Azərbaycan ədəbi dilindən səriştəli, aydın ifadəli, yüksək bədii qüdrətə malik nağılçı profilini çəkir. Demək olar ki, Mətinin həyata baxışı, covid, müharibə, həyat şəraiti, yaşadığı mühit, təbii ki, hekayələrində də bədbinlik yaradır. Bu da onun öz mühitini yaxşı izlədiyinin, əsərlərinin nə qədər realist olduğunun sübutudur.

Ön sözünü İbrahim Tığın yazdığı və “Son Uçuş” adı ilə nəşr olunan 80 səhifəlik kitabda 17 hekayə yer alıb.

“Azərbaycandan olan qardaşımız Nemət Mətinin bu gözəl əsərini BEÜ Doktoru Rövşən Məmmədovla türkcəyə çevirərək türk oxucularına təqdim etməkdən xoşbəxtik. Ümid edirik ki, kitabdakı hekayələrdən zövq alacaqsınız”, – deyə İbrahim Tığ bildirib.

# 2667 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər