Nazım Hikmetin böyük eşqi - Pirayenin gizli arxivi ilk dəfə yayımlandı

Nazım Hikmetin böyük eşqi - Pirayenin gizli arxivi ilk dəfə yayımlandı
10 iyul 2026
# 10:14

Türk ədəbiyyatının ən dərin iz buraxan münasibətlərindən birinin şahidi olan məktublar, fotoşəkillər və şəxsi sənədlər "Pirayə Kolleksiyası" adlı geniş rəqəmsal arxivlə tədqiqatçıların və oxucuların ixtiyarına verilib.

Kulis.az xəbər verir ki, Nazım Hikmetin böyük eşqi və həyat yoldaşı Hatice Piraye Altınoğluya aid şəxsi arxiv tam olaraq rəqəmsallaşdırılıb.

Nazım Hikmet və Pirayənin ortaq keçmişinə dair bu günə qədər gün üzünə çıxmayan və ya bir yerdə nümayiş olunmayan onlarla material xüsusi olaraq yaradılmış onlayn platforma (pirayekoleksiyonu.com) vasitəsilə ictimaiyyətə açıq elan edilib.

Onlayn arxivdə nələr var?

Ədəbiyyat tarixinə birbaşa mənbə rolu oynayan arxivdə Nazım Hikmet ilə Piraye arasındakı yazışmaların yer aldığı "Məktublar" bölməsi ilə yanaşı, o dövrün ruhunu əks etdirən "Fotoşəkillər" və "Sənədlər" bölmələri xüsusi diqqət çəkir.

Platformada həmçinin Pirayenin daxili dünyasına və gündəlik həyatına işıq tutan aşağıdakı unikal kateqoriyalar da yer alır:

Dəftərlər

Tablo, rəsm və əl işləri

Kitabxanasından (şəxsən oxuduğu və qoruduğu kitablar)

İki böyük şəxsiyyətin həyatına dair bütöv bir yaddaş qeydi formalaşdıran bu veb-sayt sadəcə ədəbiyyatsevərlər üçün deyil, həm də mədəniyyət tarixçiləri və bioqrafiya tədqiqatçıları üçün bənzərsiz bir tədqiqat mənbəyidir.

Süni intellektə sərt qadağa

Böyük həssaslıqla təsnif edilərək həyata keçirilən rəqəmsal arxivin müəllif hüquqları ilə bağlı bölməsində müasir texnoloji müzakirələrə aid diqqətçəkici bir hüquqi xəbərdarlıq da yer alıb. Platformanın açıqlamasında materialların qanunvericiliklə qəti şəkildə qorunduğu xatırladılaraq aşağıdakı şərt xüsusi vurğulanıb:

"Süni intellekt sistemlərinin təlimi də daxil olmaqla, materialların bütün icazəsiz istifadəsi qadağandır."

# 779 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər