"Molla Nəsrəddin"in 120 illiyi münasibətilə virtual sərgi və biblioqrafik icmal hazırlandı

"Molla Nəsrəddin"in 120 illiyi münasibətilə virtual sərgi və biblioqrafik icmal hazırlandı
7 aprel 2026
# 14:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Molla Nəsrəddin" jurnalının 120 illik yubileyi münasibətilə "Molla Nəsrəddin — 120" adlı virtual sərgi və "Milli mətbuat tariximizin güzgüsü" adlı biblioqrafik icmal tərtib edilib.

Kulis.az xəbər verir ki, virtual sərgidə Xalq yazıçısı Anarın "Molla Nəsrəddin" yüz on il sonra, "Molla Nəsrəddin lətifələri", jurnalın tarixi haqqında müxtəlif illərdə çap olunmuş kitablar və mətbuatda dərc edilmiş məqalələr toplanıb.

Kitabxana əməkdaşlarının hazırladığı biblioqrafik icmalda “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Molla Nəsrəddin” jurnalının tarixi, jurnal haqqında maraqlı faktlar, akademik İsa Həbibbəylinin “Mollanəsrəddinçilik təlimi və müasirlik”, professor Allahverdi Məmmədlinin “Cəlil Məmmədquluzadənin publisistikası Azərbaycançılıq kontekstində”, jurnalist Zümrüd Bayramovanın “Zamanın yaratdığı 120 yaşlı "Molla Nəsrəddin” adlı məqalələrin tam mətni verilib. Vəsaiti tərtib etməkdə məqsəd, nəşrin yaranma tarixi, ideya-məzmun xüsusiyyətləri və ictimai-siyasi proseslərə təsiri, Azərbaycan mətbuat tarixində və satirik ədəbiyyatın inkişafındakı rolu haqqında materialları gənc nəslə çatdırmaq və milli-mədəni irsin öyrənilməsi və təbliği fonunda oxucularda analitik və tənqidi düşünmə bacarığını formalaşdırmaqdan ibarətdir.

Virtual sərgi https://ryl.az/multimedia/molla-nesreddin-120 və biblioqrafik icmal https://ryl.az/funds/biblioqrafik-icmal kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1221 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər