"Min bir gecə" Pekində nümayiş oldundu

"Min bir gecə" Pekində nümayiş oldundu
2 sentyabr 2024
# 10:24

Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti 23-25 avqust tarixlərində Çinin paytaxtı Pekində nümayiş olunub.

Kulisşaz xəbər verir ki, dünyanın bir sıra səhnələrini fəth etmiş əsər Sankt-Peterburq Mariinski Teatrının Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Çin Xalq Respublikasına qastrolu çərçivəsində göstərilib.

Truppanın bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin yeni quruluş verdiyi tamaşanı 3500-dən çox çinli balet həvəskarı Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyib. Bu, yeni istifadəyə verilən Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində ilk irimiqyaslı balet tamaşası olub.

Səhnə əsərində əsas rolları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, Sergey Umanets, Viktor Mulıgin və başqaları ifa ediblər.

Üç gün ərzində tamaşaları izləyənlər arasında Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako, Çin Böyük Teatrının direktoru Van Ninq, “İpək Yolu” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Klaudio Yanq və başqa rəsmilər, qonaqlar olub.

Tamaşaları Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edib.

Balet tamaşasında Mariinski Teatrı Primorski səhnəsinin xoru, opera truppasının solistləri Anastasiya Kikot və əslən azərbaycanlı olan Samirə Həlimova da səhnəyə çıxıblar. Eləcə də tarda solistlər – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış ediblər.

Azərbaycanın və Yaxın Şərqin musiqi əzəmətini canlandıran “Min bir gecə” baleti çinli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.

Bəstəkar əsərdə Azərbaycanın milli aləti - tarı orkestrə daxil etmiş və bütün zərb alətləri arsenalının (bonqo, tam-tam, ksilofon, vibrafon, naqara, zəng, timpani və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini tamaşaçıya tam çatdırır.

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər