Məşhur bəstəkar qətlə yetirildi

Məşhur bəstəkar qətlə yetirildi
9 iyun 2026
# 15:00

Britni Spirs və Dua Lipa kimi dünya ulduzlarının mahnılarının müəllifi, Talay Rayli Londonda hücuma məruz qalaraq öldürülüb.

Kulis.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, 35 yaşlı mahnı müəllifi iyunun 5-i səhər saat 09:00 radələrində Şərqi Londondakı bağlardan birində çoxsaylı bıçaq xəsarətləri ilə qan içində tapılıb. Tibb işçilərinin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı xəsarət alan daha bir nəfər isə xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin həyatı üçün təhlükə yaratmadığını bildiriblər.

Polis hücumda şübhəli bilinən üç nəfəri saxlayıb. Onlardan biri girov müqabilində sərbəst buraxılıb, digər iki nəfər (bir kişi və bir qadın) isə sonradan hər hansı ittiham irəli sürülmədən azad ediliblər.

O, "Skepta", Aşer (Usher) və Trey Sonqz (Trey Songz) kimi məşhur sənətçilərlə birlikdə Böyük Britaniya və ABŞ-də qastrol səfərlərində iştirak edib. İggi Azaliya və Kreyq Devid kimi ulduzlar üçün hit mahnılar bəstələyib. R&B ifaçısı "H.E.R." üçün yazdığı "Lights On" mahnısına görə dünyanın ən nüfuzlu musiqi mükafatı olan "Qremmi"yə layiq görülüb.

# 790 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər