Məşhur amerikalı heykəltaraş-rəssamın Bakıda sərgisi açıldı

Məşhur amerikalı heykəltaraş-rəssamın Bakıda sərgisi açıldı
17 yanvar 2026
# 10:20

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) adlı sərgisinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: “Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə təqdim olunur”, - deyə Anar Ələkbərov bildirib.

Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü bildirib.

Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub, hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola, duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib: "Bu möhtəşəm bina və onun memarlığı sərgi üçün ideal məkandır. Heydər Əliyev Mərkəzində hər bir detal sanki suyun ritmini xatırladır, məkanın ümumi forması isə dalğaları andırır. Heykəltaraşın sözlərinə görə, belə bir gözəlliyin qadın memarın ideyası əsasında ərsəyə gəlməsi xüsusilə təsirlidir".

Bakıda təqdim olunan “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.

Qeyd edək ki, bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.

# 1332 dəfə oxunub

Oxşar xəbərlər

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər