Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi

Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi
26 sentyabr 2025
# 17:45

İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru aktyor İftixar Piriyevlə bağlı məhkəməyə xüsusi ittiham qaydasında edilən müraciət üzrə qərar verilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin əməkdaşı, Teatr sektorunun müdiri Vəfa Novruzovanın İftixar Piriyevlə bağlı Binəqədəi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb.

Binəqədi rayon məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, İ.Priyevlə bağlı başlanmış icraata xitam verilib. O, iddiada qeyd olunan əməldə təqsirli bilinsə də, iş üzrə cinayət məsuliyyətinə cəlb etmənin müddəti bitdiyi üçün işə xitam verilməsinə qərar verilib.

Qeyd edək ki, Vəfa Novruzova İftixar Piriyevin sosail şəbəkə hesabında onu təhqir etdiyini iddia edib.

O, İ. Piriyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini istəyib.

Xatırladaq ki, İ.Piriyev bir neçə ay əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad edilib.

# 1825 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər