Məhəmməd Füzulinin sinə daşında Azərbaycan şairi olduğu qeyd olunub

Məhəmməd Füzulinin sinə daşında Azərbaycan şairi olduğu qeyd olunub
19 fevral 2025
# 14:15

İraqın Kərbəla şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənib.

Kulis.az xəbər verir ki, yenilənmiş sinə daşında onun Azərbaycan şairi olmasına işarə edən ifadə də öz əksini tapıb.

Belə ki, şairin məzarının sinə daşında ərəbcə “Bu məzar şair Məhəmməd Füzuli Əl-Bağdadi Əl-Azərinindir” ifadəsi həkk olunub.

İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq, İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidində yerləşən Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş mötəbər şairimiz Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənərək, məzarın üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın İraqdakı səfirliyi Məhəmməd Füzulinin məzarının yeni sinə daşı ilə əvəzlənməsinə dair razılıq əldə edildiyini açıqlamışdı.

Xatıladaq ki, əvvəllər sinə daşında ərəbcə “Şair Məhəmməd Füzuli Əl-Bağdadinin məzarı” ifadəsi yazılmışdı.

# 2656 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər