Luvr fəaliyyətini dayandırdı

Luvr fəaliyyətini dayandırdı
20 yanvar 2026
# 10:33

Paris şəhərində yerləşən Luvr Muzeyi yenidən fəaliyyətini dayandırıb.

Kulis.az xəbər verir ki, muzeyin qapıları 19 yanvar tarixində əməkdaşların tətili səbəbindən bağlanıb. İşçilər əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Qeyd olunur ki, bu, Luvrun etiraz aksiyaları ucbatından bağlandığı ilk hal deyil.

Xatırladaq ki, 12 yanvar tarixində də muzey tətil səbəbindən fəaliyyət göstərməyib. Dekabr ayında Luvr bir gün ərzində tamamilə bağlı olub, daha sonra isə bir neçə gün qismən açıq qalıb.

Luvrda baş vermiş oğurluq hadisəsindən təxminən üç ay sonra muzeyin personalı işçi sayının artırılmasını və keçmiş kral sarayının saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edib.

Dekabr ayında keçirilən tətilə muzeyin təxminən 350 əməkdaşı qatılıb. Onlar arasında idarəçilər, mədəni irsin qorunması üzrə mütəxəssislər və köməkçi xidmət işçiləri də olub.

# 1364 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər