Lolita ailəsini qorumaq üçün Rusiyanı tərk etdi

Lolita ailəsini qorumaq üçün Rusiyanı tərk etdi
8 may 2026
# 16:33

Müğənni Lolita Milyavskaya yenidən xaricə – qızı və anasının yaşadığı Bolqarıstana uçub.

Kulis.az xəbər verir ki, bu barədə sənətçinin instaqram hesabındakı paylaşımdan məlum olub.

Pərəstişkarlarını əvvəlcə sevindirən, sonra isə məyus edən kadr

İfaçı şəxsi bloqunda xaricdə gənc bir kişi ilə kabrioletdə gəzərkən çəkilmiş fotosunu paylaşıb. Əvvəlcə pərəstişkarları 62 yaşlı sənətçinin özünə yeni sevgili tapdığına sevinsələr də, fotodakı şəxsin onun konsertlərinin təşkilatçısı Oleq Qranovski olduğunu çox keçmədən başa düşüblər.

Qranovski və Milyavskaya sadəcə yaxın dost olduqlarını gizlətmirlər. Təşkilatçının hesabında sənətçi və onun qızı Yeva ilə çəkilmiş çoxlu birgə fotolar var. O, ulduza səmimi qəlbdən heyranlığını gizlətmir, Lolitanı təkcə müğənni deyil, həm də qayğıkeş qız, "fədakar ana" və sadəcə möhtəşəm bir qadın adlandırır.

Ailəsini qorumaq üçün atdığı addım

Qeyd edək ki, ifaçının qızı nənəsi ilə birlikdə Kiyevdə yaşayıb və orada təhsil alıb. Lakin onlar 2022-ci ilin mart ayının əvvəlində ölkəni tərk edərək Rusiyaya köçmüşdülər. Sonradan Lolita etiraf edib ki, heç kim onların "əsəbləri ilə oynamasın" deyə doğmalarını Bolqarıstana göndərmək qərarına gəlib. Hazırda ulduz vaxtaşırı ailəsinin yanına uçur və bu ziyarətləri barədə sosial şəbəkələrdə izləyicilərinə məlumat verir.

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər