Leonardo da Vinçi ilə bağlı yeni faktlar ortaya çıxdı

Leonardo da Vinçi ilə bağlı  yeni faktlar ortaya çıxdı
16 mart 2023
# 16:00

Dünya şöhrətli rəssam Leonardo da Vinçinin anası ilə bağlı yeni faktlar ortaya çıxıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, WALL- İtaliyada İntibah Ədəbiyyatı və Sivilizasiyası üzrə mütəxəssis olan Karlo Vecce rəssam Leonardo da Vinçi haqqında yazdığı son kitabında Vinçinin anasının evindən oğurlaraq İstanbul və Venesiyada satılan Qafqaz qadını olduğunu iddia edib.

İtalyan ekspert kitabında qeyd edib: “Bu günə qədər Toskana kəndlisi olduğu güman edilən Da Vinçinin Qafqazlı anası oğurlanaraq qul kimi Konstantinopola (İstabul), sonra Venesiya aparılıb. Orada bir neçə dəfə satılıb. Satıldıqdan sonra Florensiyaya aparılıb".

Vecce çərkəz qadının İtaliyanın Florensiya şəhərində gənc notarius Piero da Vinçi ilə tanış olduğunu və cütlüyün oğullarına Leonardo adını qoyduğunu bildirib.

Tapdığı sənədlərdən birinin Leonardonun atası tərəfindən yazıldığını iddia edən Vecce bu sənədin “Katerinanın azadlığını və insan ləyaqətini bərpa etmək üçün mandat olduğunu” iddia edib. 1452-ci ilə aid bu sənəd dünən Florensiyada Giunti nəşriyyatının baş qərargahında keçirilən mətbuat konfransında ictimaiyyətə təqdim edilib.

Vecce bildirib ki, bu sənədi “Katrinanı hələ qul ikən sevən, ona Leonardon kimi bir uşaq verən və onu azad etmək istəyən adam” yazıb.


# 3321 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər