“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi
6 oktyabr 2025
# 10:42

Azərbaycanın aparıcı dağ-mədən şirkəti “AzerGold” QSC daha bir gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, yeni sikkə kolleksiyası füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib.

Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri – səkkizguşəli ulduz və kənarlarındakı Laçın quşunun həndəsi formalı motivlərdir. Laçın quşu azad ruhun, əzəmətin, gücün və cəsarətin rəmzidir.

Təsvir həm də Laçın şəhərinin adının mənşəyi ilə bağlı ən geniş yayılmış fərziyyələrdən birinə işarədir. Sikkənin haşiyəsindəki qədim naxış elementləri arasında diqqətli baxışla sezilən, məhsulun incə və zərif şəkildə həkk olunmuş adı - “Lachin” yazısı kompozisiyaya xüsusi məna qatır.

“Laçın” kolleksiyası “AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5,10,20 qram çəkilərdə hazırlanıb. İstehlakçılar kolleksiyanı “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, eləcə də şirkətin onlayn satış platforması www.azergold.gift -dən sifariş edərək əldə edə bilərlər.

Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilərək, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim olunub.

Qeyd edək ki, məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. Qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

# 1541 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər