Kür çayı haqqında film çəkiləcək

Kür çayı haqqında film çəkiləcək
29 fevral 2024
# 14:00

“OD Media & Production” Kür çayı haqqında tammetrajlı sənədli filmin hazırlıqlarına başlayıb.

Kulis.az xəbər verir ki, “Kür – çaylar anası” adlanan filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.

Kür çayı Azərbaycanın ən böyük təbii su mənbəyidir. Bu çay ölkənin su, enerji, qida, sənaye və təbii ehtiyaclarının yarıdan çoxunu təmin edir. Ümumilikdə 1515 km uzunluğu olan çayın 900 km-i Azərbaycan ərazisindən keçir.

Filmin çəkilişləri Kür çayının mənbəyinədn mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq. Kürün keçdiyi coğrafiya, çayətrafı şəhərlər, bu ərazilərdə mövcud olan sosial-iqtisadi, tarixi-mədəni proseslər təsvir olunacaq. Tarix boyu mövcud olmuş böyük mədəniyyətlər əsasən su hövzələrində, xüsusilə də çayların ətrafında formalaşıblar. Kür sadəcə çay deyil, Cənubi Qafqazın “şah damarıdır”.

Mövzu ilə bağlı yerli və əcnəbi mütəxəssislərin müsahibələri filmdə yer alacaq.

Filmdə bədiiləşdirilmiş səhnələrin çəkilməsi və qrafikadan istifadə olunması da nəzərdə tutulub.

Filminm rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifləri Əkbər Nəcəf və Seyran Mahmudoğlu, prodüserləri Fariz Əhmədov və Seyran Mahmudoğludur.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) keçirdiyi film layihələri müsabiqəsinin 11 qalibindən biridir.

# 3475 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər