Komitə sədri Baş redaktora təbrik məktubu yazdı

Komitə sədri Baş redaktora təbrik məktubu yazdı
4 aprel 2026
# 18:07

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafa Kulis.az portalının 15 illik yubileyini təbrik edib.

Portalın baş redaktoru Ulucay Akifə göndərilən məktubda deyilir:

“Hörmətli Baş redaktor,

Sizi – ölkəmizin ictimai-mədəni həyatında özünəxas yer tutan, ədəbi-estetik zövqün və ictimai şüurun formalaşmasına xidmət edən media platformasını – 15 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Kulis.az Azərbaycanın ictimai mühitində geniş auditoriya qazanan aparıcı mədəniyyət portallarından birinə çevrilmiş, ədəbiyyat, incəsənət və kulturoloji düşüncə sahəsində mövqe formalaşdırmışdır.

Portalın fəaliyyətində diqqət çəkən əsas cəhət onun yalnız informasiya daşıyıcısı kimi çıxış etməməsi, eyni zamanda ədəbi irsin təbliği, mədəni yaddaşın qorunması və sağlam ictimai müzakirə mühitinin formalaşdırılması kimi önəmli missiyanı həyata keçirməsidir.

Bu gün Kulis.az həm də yaradıcı aydınların düşüncəsinin, yaradıcılıq enerjisinin və milli kimlik şüurunun toplandığı ictimai fikir məkanına çevrilmişdir. Portalın fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafına, mədəni müxtəlifliyin qorunmasına və ictimai dialoqun dərinləşməsinə töhfələr verir.

Azərbaycan Respublikasının dövlət siyasətində vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsin inkişafı prioritet istiqamətlər kimi müəyyən olunmuşdur.

Əminəm ki, gələcək fəaliyyətinizdə də milli-mədəni düşüncənin inkişafına, gənc nəslin estetik zövqünün formalaşdırılmasına və Azərbaycan ədəbiyyatının, incəsənətinin daha geniş miqyasda təbliğinə layiqli töhfələr verməkdə davam edəcəksiniz.

Sizə möhkəm cansağlığı, yeni layihələr və uğurlar arzulayıram!”

# 1665 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər