Kinostudiyanın ərazisi təmizlənir

Kinostudiyanın ərazisi təmizlənir
1 iyul 2025
# 14:55

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq, FHN və ANAMA-nın birgə məlumatında qeyd olunub.


Bildirilib ki, kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupları da cəlb olunub və hadisə yerində baxış keçirilib: “Əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində baxış, ANAMA və FHN-in əməkdaşları tərəfindən isə ərazidə zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunub”, - birgə məlumatda deyilir.

# 1537 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər