“Keçilərin nəğmələri” romanı çap olundu - Foto

Rəşad Səfər, yazıçı

Rəşad Səfər, yazıçı

2 avqust 2022
# 14:20

Yazıçı Rəşad Səfərin növbəti kitabı nəşr olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Keçilərin nəğmələri” adlı roman iki fərqli insanın – otuz beş yaşında memuar yazmağa çalışan yazıçının və onun düşüncələrini istiqamətləndirib öz hekayəsini önə çıxarmağa çalışan keçmiş müstəntiqin fərqli dünyalarından bəhs edir.

Ölümdən qorxan təcrübəsiz yazıçının duyğuları həyatı ölümlər içərisində keçmiş yaşlı müstəntiq üçün o qədər də ciddi deyil. Amma onun da öz hekayəsini başqalarına çatdırmaq üçün yazıçıya ehtiyacı var. İki fərqli dünya bu nöqtədə birləşərək vahid dünyaya – hamımızın tanıdığı, ölümlərin, xəstəliklərin, sevgilərin, ayrılıqların, xəyalların, gerçəkliklərin və nəhayət, sənətin olduğu dünyaya çevrilir. Romandakı hadisələr müxtəlif zamanlarda və fərqli məkanlarda baş verir.

Roman "Qanun" nəşriyyatında çap edilib. Kitabı şəhərin əksər kitab mağazalarından əldə etmək mümkündür.

“Keçilərin nəğmələri” Rəşad Səfərin ikinci kitabıdır. “Adalar və gəmilər” adlı ilk kitabı 2018-ci ildə nəşr olunub.

# 3198 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər