Kasıblara kömək et, məbədlərə deyil... - Aygün Əziz

Kasıblara kömək et, məbədlərə deyil... - Aygün Əziz
8 iyun 2025
# 10:00

Kulis.az Aygün Əzizin təcüməsində "Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər" yazısının dördüncü hissəsini təqdim edir.

əvvəli burada: AĞIL VƏ AXMAQLIQ

KASIBLIQ, BOLLUQ

1. Varlılar xalqı yoxsulluqdan qurtarmazlar.
2. Kəndli nə qədər yoxuldursa, yanban bir o qədər dövlətlidir.
3. Bir dövlətli on kəndi müflis edər.
4. Anadan olanda kasıb da birdir, varlı da.
5. Ağzı və qarnı kasıbın düşmənidir.
6. Pula ehtiyacı olmayan yoxdur.
7. Qarnını doyurmağa heç nə yoxdursa, adamın heç doğma atası yada düşmür.
8. Kasıb evində ehsan tez-tez verilmir.
9. Toyda hay-küy çoxdursa, deməli, yemək azdır.
10. Yoxsul batanda suyun üzünə çıxan boş cibləri olar.
11. Həmişə kasıba elə gəlir ki, xeyrat günləri tez-tez olur.
12. Yoxsul evdə Tanrı da ac qalır.
13. Yoxsul evdə çubuq da fırlatsan, dəyməyə bir şey tapılmaz.
14. Bir tikəyə on ağız açılır.
15. Kasıb üçün də soyumuş düyü – düyü deyil, ucuz qəlyanaltı onu da doydurmaz.
16. Rahibi monastr bəsləyir.
17. Təmizlənmiş stoldakı toz qədər cibində pul var.
18. Ac adam düyüyə almaz dağına baxan kimi baxır.
19. Qarnı tox olmayan at yaxşı işləməz.
20. Ac adam əşyalarının qeydinə qalmaz.
21. Xeyrat olmasaydı düyü yeyə bilməzdi.
22. Ac digər acın evində qarnını doydura bilməz.
23. Ac adam həyatı daha yaxşı başa düşür.
24. Bədənində bit tapanda yoxsul olduğunu başa düşürsən.
25. Yeni yoxullaşan insan əvvəldən yoxsul olanla müqayisədə daha betərdir.
26. Kasıb adam tonqalın yanında özünü tox hiss edər.
27. Kasıbın varı dağarçığında olar.
28. Qarnı ac olanın ağlına min cür fikir gələr.
29. İlk corabını qırx yaşında aldı.
30. Yazda soyuq düyü də ləzzət edər.
31. Bayramqabağı yeddi gün aclıq çəkər.
32. Yoxsul kəndli uzun ili sevməz.
33. Pulsuz hər yer boş səhra kimi görünür; pulun olanda isə istənilən dağ gözünə almaz kimi görünər.
34. Yazda muzdur kimdən düyü borc alacağını düşünməməlidir.
35. Kasıbın da ülvi arzuları olur.
36. İnsan nə qədər yoxsul olsa, bir o qədər gözəl ev tikər.
37. Yoxsulluq umu-küsü yaradır.
38. Başqasının malı ilə özünü varlı göstərir.
39. Nağd çörək - əlində olandır.
40. Torpağını satmaqdan gələn pulu qazanc hesab etmə.
41. Ehtiyac adamı daha erkəndən işə başlamağa vadar edir.
42. Açıqürəkli insan var-dövlət yığa bilməz.
43. Qarnı tox insana müdiri də əziz insan kimi görünər.
44. Varlının mədəsində də piy olur.
45. Varlı lombarda getməz.
46. Varlının mədəsi ləyənə, kasıbınkı oyuğa bənzər.
47. Toxun acdan xəbəri olmaz.
48. Varlanmış yoxsul sədəqə vermir.
49. Pulunu artırmaq üçün sahibkar torpağı icarədardan səpindən qabaq alır.
50. Öz pulunun qədrini bilir, yadınkının yox.
51. Qonşunun min lyanı özünün bir pını qədər deyil.
52. Kasıblara pul ver, kömək et, məbədlərə deyil.

# 2599 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər