"Kamil insan cümlə -aləmin sirrinə vaqif olacaq..." - Milli kinomuzun "Nəsimi"si

"Kamil insan cümlə -aləmin sirrinə vaqif olacaq..." - Milli kinomuzun "Nəsimi"si
8 avqust 2025
# 14:50

8 avqust Xalq artisti Rasim Balayevin doğum günüdür.

Kulis.az bu münasibətlə aktyorun həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və onun baş rolunu ifa etdiyi "Nəsimi" filmindən məşhur fraqmenti təqdim edir.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra kino sahəsində özünü təsdiqləyib.

O, "Nəsimi", "Babək" və "Dədə Qorqud" kimi tarixi və epik filmlərdə yaratdığı unudulmaz obrazlarla Azərbaycan tamaşaçısının böyük sevgisini qazanıb.

Rasim Balayev həm böyük, həm də kiçik rollarda uğurla çıxış edib və "Azərbaycanfilm", "Özbəkfilm", "Mosfilm" kimi müxtəlif studiyalarda çəkilib.

O, "Ad günü", "Akademik Yusif Məmmədəliyev", "Arxadan vurulan zərbə", "Babək", "Bağ mövsümü", "Bağışla, gələ bilmədim", "Bəyin oğurlanması", "Bizim küçənin oğlanları", "Cavid ömrü", "Cəza", "Dədə Qorqud", "Əzablı yollar", "Əlvida, Şmidt!", "Həm ziyarət, həm ticarət...", "Xoşbəxtlik qayğıları", "İstintaq", "İşarəni dənizdən gözləyin", "Qanlı zəmi", "Qara Volqa", "Ölsəm... bağışla", Sən həmişə mənimləsən", "Sübhün səfiri", "Yaramaz", "Yarasa" kimi məşhur filmlərimizdə İstər tarixi, istərsə də müasir dövrün obrazlarını ustalıqla canlandıran Rasim Balayev Azərbaycan kino sənətinin əvəzolunmaz simalarındandır.

O, 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci ildən isə sədri olaraq fəaliyyət göstərir.

# 1882 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər