Kamal Abdulla və Rafiq Əliyevin birgə yazdıqları kitab çap olundu

Rafiq Əliyev, Kamal Abdulla

Rafiq Əliyev, Kamal Abdulla

30 sentyabr 2022
# 13:20

Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitab çap olunub.

Kulis.az xəbər verir ki, kitabın önsözündə qeyd olunur ki, qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotelin formal məntiqinə qarşılıq kimi yaranmışdır. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir.

Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb:

“Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Və məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur.

…Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyl, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur”.

Kitabın redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçisi professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktoru Qismət Rüstəmovdur.

# 4145 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər