İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir
27 fevral 2026
# 16:40

İspaniyanın dövlət teleradio şirkəti RTVE gələcəkdə münaqişə vəziyyətində olan ölkələrin "Avroviziya"da iştirakını qadağan etmək üçün müsabiqənin qaydalarının dəyişdirilməsini təklif etməyi planlaşdırır.

Kulis.az xəbər verir ki, RTVE Avropa Yayım Birliyinə (AYB) müraciət edərək müsabiqənin nizamnaməsinə dəyişiklik edilməsini istəyəcək. Bu barədə RTVE-nin prezidenti Xose Pablo Lopes açıqlama verib.

Onun sözlərinə görə, bu müraciətdə məqsəd "Avroviziya"nın siyasi və təbliğat alətinə çevrilməsinin qarşısını almaqdır. Lopes buna nümunə kimi İsrailin iştirakı ətrafında yaranmış vəziyyəti göstərib. O bildirib ki, qaydaların dəyişdirilməsi ilə bağlı təkliflər "Avroviziya 2027" ərəfəsində təqdim olunacaq.

"Bu müzakirəni birdəfəlik və ciddi şəkildə açmalıyıq ki, münaqişə vəziyyətində olan ölkələr növbəti "Avroviziya"da iştirak edə bilməsinlər" deyə, o, açıqlamasında bildirib.

Xatırladaq ki, İspaniya "Avroviziya 2026" müsabiqəsində iştirak etməyəcək. Həmçinin İrlandiya, Niderland, İslandiya və Sloveniya da müsabiqədə iştirak etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

# 1148 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər