İranda qadın rejissor həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib

İranda qadın rejissor həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib
12 iyun 2024
# 19:00

İranda ötən il keçirilən etiraz aksiyaları zamanı həbs olunmuş rejissor Bahar Lelehi Hacı Delay vəfat edib.

Kulis.az xəbər verir ki, İran mətbuatında yer alan məlumatlara görə, 40 yaşlı rejissor saxlanıldığı zindanda müəmmalı şəkildə dünyasınə dəyişib.

Bahar ailə üzvləri tərəfindən Tehran yaxınlığındakı Kərəc şəhərindəki qəbiristanlığında dəfn edilib.

Lakin ölkənin jurnalistlərindən olan Məsih Əlinejad sosial media hesabında Baharın həbsxanada öldürüldüyünü və ailəsinin xəbəri olmadan Kərəcdə Beheşte-Səkinə qəbiristanlığında dəfn olunduğunu yazıb.

Bahar Sur Universitetində kino rejissorluğu üzrə bakalavr dərəcəsi və Tarbiət Madras Universitetində ədəbiyyat üzrə magistr dərəcəsi alıb. O, karyerası dövründə qısametrajlı film festivalı və gənclərin bu istiqamətdə tədbirlərinə münsiflik edib. Son illərdə İran Gənclər Filmləri Assosiasiyasında müəllim və eyni zamanda Sur Film Akademiyasında müəllim olub.

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər