“İNSƏN” sərgisi davam edir

“İNSƏN” sərgisi davam edir
27 iyul 2022
# 11:23

YARAT Müasir İncəsənət Mərkəzində açılan multidistiplinar rəssam Çingizin “İNSƏN” adlı yeni fərdi sərgisi davam edir.

Kulis.az xəbər verir ki, “İNSƏN”, Çingizin şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan, dəyişən İnsan və onun əməlləridir.

Sərginin kuratoru Fərəh Ələkbərli sərgi haqda məlumat verib: “Bu əslində çox fərqli layihədir. Çünki hamının öyrəşdiyi, bildiyi adi sərgi deyil, 6 ay müddətində işlənib hazırlanan bir layihədir. Rəssamın konsepti ondan ibarətdir ki, o, heç kəslə dialoqa girmir və sərgi haqda danışmağı, hansısa bir məlumatı paylaşmır. O, demək istədiklərini əsərləri vasitəsilə tamaşaçılara çatdırır. Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas iştirakçısı və performeri olan insanı önə çəkir”.

Sərgi, Çingizin sənətdə formalaşmasına əhəmiyyətli təsir göstərmiş atası Tofiq Babayevə həsr olunub.

Hər bir ziyarətçi oktyabrın 4-dək sərgi ilə tanış ola bilər.

# 2290 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər