İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər

İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər
7 iyul 2025
# 12:59

Kulis.az Günel Novruzun “Xilaskar qadın”ı gözləyən bəzi kişilər...” adlı yeni yazısını təqdim edir.


Dastanlarımızda, nağıllarımızda güclü qəhrəmanlar təsvir olunub. Onları, adətən, xaosu nizama salan, çatışmazlıqları aradan qaldıran, problemləri həll edən obrazlar kimi tanıyırıq. Deyəsən, zaman keçdikcə, bu obrazlar elə ancaq nağıl qəhrəmanları olaraq qalacaqlar.

Günümüzün reallığında isə bəzi kişilər heç nə üçün məsuliyyət daşımamağa qərar verirlər. Belə kişilər naməlum “xilaskar”ı - hansısa nağıldan çıxıb onların problemlərini həll edəcək, onları dardan qurtaracaq birini gözləməyə başlayıblar...

Bəli, bəzi reallıqlar var - müasir cəmiyyət sürətlə dəyişir, qadınların sosial və iqtisadi fəallığı artıb, ənənəvi ailə strukturunda çökmələr var – Azərbaycandakı son statistikaya görə, az qala hər iki ailədən biri boşanır. Bütün bunların fonunda bəzi kişilər təşəbbüs göstərib qolunu çirmələyib problemlərdən həll yolu axtarmaqdansa, az qala “ağ atlı şahzadə” gözləyirlər. Bu, bəzən ideal bir qadın, bəzən də hər hansı bir “xilaskar” obrazıdır. Və insan nə qədər gözləyirsə, bir o qədər az hərəkət edir, daha az təşəbbüs göstərir.

Nəticədə isə getdikcə özünü dəyərsiz, köməksiz və təcrid olunmuş hiss edir. Qarşısında duran çətinlikləri özü həll etmək gücünü tapmayanda məsuliyyəti başqasına “yükləyir”. Ancaq bu “başqasının” gəlib hər şeyi düzəltməsi nadir və çox vaxt xəyali olur. Hansısa bir qadın gəlib “xilas” etsə belə, kişi o qadının gözündən gec-tez düşəcəyini anlamalıdır...

Keçmiş zamanlarda kişi sadəcə ailənin təminatçısı deyil, həm də dəyər və güc mənbəyi sayılırdı. Qadınları boşanma təşəbbüskarlığında qınayan bəzi kişilər həmin o nostalji ilə xatırladıqları "dəyər"i ailədə görmək istəyirlərsə, şikayətlənərək, ümidsizliklə sızıldayaraq “xilaskar” gözləməyi buraxıb özləri “xilaskar” roluna keçməlidir.

Həqiqət budur ki, “xilaskar” əslində kənarda deyil, kişinin öz daxili dünyasındakı rollar arasında bir yerdədir. Özünü ələ alıb, üstündən ətaləti atıb o rolunu “diriltməli”, öz gücünə sahib çıxmalıdır.


Dünyanı dəyişməyinizi gözləmirik, elə özünüzü, gözləntilərinizi dəyişməyə başlasanız, yetərlidir...


# 3967 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Məşhur aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər