"İncəsənətdə məktəb anlayışı: Neftçala rəssamlıq məktəbi" adlı seminar keçirildi

"İncəsənətdə məktəb anlayışı: Neftçala rəssamlıq məktəbi"  adlı seminar keçirildi
28 aprel 2025
# 10:38

Salyan Dövlət Rəsm Qalereyasında "İncəsənətdə məktəb anlayışı: Neftçala rəssamlıq məktəbi" adlı seminar keçirilib.

Kulis.az xəbər verir ki, sənətşünaslar, rəssamlar, ziyalılar və ictimaiyyətin iştirak etdiyi seminarda "İncəsənətdə məktəb anlayışı: Neftçala rəssamlıq məktəbi" mövzusunda çıxış edən sənətşünas Anar İbrahimov bu məktəbin Azərbaycan rəngkarlıq və boyakarlıq sənətinə verdiyi töhfələrdən danışıb. Məruzəçi bildirib ki, Neftçala rəssamlıq məktəbinin yaradıcısı Adil Hacıyev olub. Sonradan bu məktəbin davamçıları da özünəxas üslubda əsərlər yaradıblar. Sakit Məmmədov, Məmmədhüseyn Hüseynov, Fikrət İbrahimli, Mais Ağabəyov, Təbriz Abdullayev, Həsənağa Məmmədov, Nadir Bayrışov, İman Mustafayev, Nəriman Məmmədov, Nurəddin Nəzərov və başqa görkəmli rəssamlar məhz Neftçala rəssamlıq məktəbinin yetirmələridir. Natiq bildirib ki, müasir dövrdə Neftçala rəssamlıq məktəbinə yeni gənc simalar da qoşulub. Bunlardan Dadaş Dadaşov, Nigar Abdullayeva, Xəyyam Mustafayev, Lalə Hüseynova, Rauf İbrahimov, Coşğun Məmmədov, Aynur Art, İlham İsayev, Bahar Günəş, Türkan Axundova, Günay Şahin və digərlərini göstərmək olar.

Çıxış edən qalereyanın direktoru Kürçaylı Məmmədov Salyan Dövlət Rəsm Qalereyasının əsas fondunda saxlanlan Adil Hacıyevin "Mənzərə" əsəri barədə məlumat verib.

Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Şamxal Əhmədov, Alleqoriya İncəsənət Platformasının rəhbəri Mədinə İlham, Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, tarixçi-tədqiqatçı Sahib Həsənov, Salyan rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, mədəniyyət işçiləri Lətif Zərbəliyev, Leyla Babayeva və digərləri Neftçala rəssamlıq məktəbi haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər bildiriblər ki, yerlərdə bu cür seminarların təşkili paytaxt və bölgə sənətçiləri arasında körpü yaratmaq, regionlarda fəaliyyət göstərmiş və göstərən rəssamların daha çox tanıdılması üçün vacibdir.

Seminar diskussiya formasında davam edib. Sonra seminar iştirakçıları Salyan Dövlət Rəsm Qalereyasının sərgi salonu və iş fəaliyyəti ilə yaxından tanış olublar.

# 1963 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər