İlin ən qeyri-adi kitabı seçildi - Nüfuzlu ədəbiyyat mükafatı sahibini tapdı

İlin ən qeyri-adi kitabı seçildi - Nüfuzlu ədəbiyyat mükafatı sahibini tapdı
12 iyun 2026
# 16:39

Münsiflərin bu il oxunulan ən qeyri-adi kitab kimi xarakterizə etdiyi əsər tarixi romanlar üzrə Valter Skott mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, Elis Collinin qələmə aldığı "Kibrit qutusu qızı" adlı roman 1930-cu illərdə nasist işğalı altındakı Vyanada cərəyan edən dəhşətli hadisələrdən bəhs edir.

Əsərin mərkəzində Vyana Uşaq Xəstəxanasında doktor Hans Aspergerin lal və autizmli xəstəsi olan Adelheyd Brunnerin hekayəsi dayanır.

Elis Colli mükafatını Melroz yaxınlığında keçirilən Borders Kitab Festivalında Valter Skottun nəticəsinin nəvəsi Metyu Maksvell Skottdan qəbul edib.

Abbotsford Trastı tərəfindən təşkil edilən və artıq 17-ci ildir təqdim olunan bu nüfuzlu mükafatın əvvəlki qalibləri arasında Sebastyan Barri, Robert Harris, Andrea Levi və Hilari Mantel kimi məşhur yazıçılar var.

Qeyd edək ki, bu il mükafatın tarixində ilk dəfə olaraq qısa siyahıya düşən namizədlərin hamısı britaniyalı müəlliflər olub.

Mükafata layiq görüldüyü üçün böyük sevinc hissi keçirdiyini bildirən Elis Colli bunun tarixi romanların həqiqətən ciddi bir ədəbiyyat növü olduğunu sübut etdiyini deyib:

"Bu, həddindən artıq təsirli və inanılmaz dərəcədə həyəcanvericidir. Sanki bütün ömrüm boyu başıma belə bir şeyin gəlməsini gözləmişəm. Bu, gerçəkləşən bir xəyaldır və düşünürəm ki, yazıçılıq həyatımı tamamilə dəyişdirəcək".

Münsiflər heyəti müəllifin işinin orijinallığını, yeniliyini və iddialı olmasını yüksək qiymətləndirərək əsəri belə şərh ediblər:

"Səmimiyyəti, təsirliliyi və hekayəni nəqletmə ustalığına görə 2026-cı ilin qalibi həm də ən vacib kitablardan biri olacaq".

# 785 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər