“İkinci həyat” bədii layihəsi təqdim olundu

“İkinci həyat”  bədii layihəsi təqdim olundu
26 yanvar 2026
# 16:05

Gəncə şəhərindəki “Ganja Mall” ticarət mərkəzində “İkinci həyat” adlı bədii layihə çərçivəsində yaradıcılıq seminarı və sərgi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Bakı və Gəncə şəhərlərindən olan rəssamlar iştirak edərək ənənəvi Azərbaycan xalçaları üzərində bədii əsərlər yaradıblar.

Seminar canlı şou formatında baş tutub. Ziyarətçilər yalnız yaradıcılıq prosesini izləməklə kifayətlənməyib, eyni zamanda rəssamlarla birbaşa ünsiyyətdə olaraq prosesə fəal şəkildə cəlb olunublar.

Layihə “Arts Council Azerbaijan”, “Black Mountains College”in birgə təşkilatçılığı ilə və “British Council”, “Səyahət” İctimai Birliyi, “Ganja Mall” və Dünya Məktəbinin dəstəyi ilə təşkil olunub. “İkinci həyat” layihəsinin əsas məqsədi beynəlxalq mədəni əməkdaşlığın inkişafı, eləcə də müasir incəsənət ilə ənənəvi sənət formaları arasında dialoqun qurulmasıdır. Layihənin müəllifləri Sona Quliyeva və Dadaş Məmmədovdur.

Layihə çərçivəsində köhnəlmiş, ilkin görünüşünü itirmiş və bərpası mümkün olmayan Azərbaycan xalçaları ənənəvi və müasir yanaşmaların vəhdəti ilə yenidən sənət əsərinə çevrilir. Bu yanaşma mədəni irsin müasir dövrdə yeni məna və ifadə forması qazana biləcəyini göstərir.

Mədəniyyət xadimi Dadaş Məmmədov regionlarda fəaliyyət göstərən qadın rəssamların müasir incəsənətin inkişafında fəal iştirakı və mühüm rolunu xüsusi olaraq vurğulayıb.

Açıq formatda təşkil olunan tədbir yaradıcılıq prosesini ictimai məkanda canlı mədəni hadisəyə çevirərək rəssamlar və tamaşaçılar arasında birbaşa və səmimi əlaqə yaradıb.

# 1210 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər