Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa

Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa
29 aprel 2026
# 17:36

“Azərbaycan İncəsənət Məktəbi” MMC və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə əməkdaşlığı çərçivəsində, həssas kateqoriyadan olan gənclərin iştirakı ilə hazırlanan "Məni dinləyin" adlı sürrealizm üslublu tamaşanın təqdimatı olub.

Kulis.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış incəsənət xadimləri, universitetin müəllim-professor və tələbə heyəti iştirak edib.

Açılışda çıxış edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev inklüzivliyin müasir cəmiyyətdəki mühüm rolundan bəhs edib. Rektor sənətin gücü ilə fiziki və sosial maneələrin aradan qaldırılmasının mümkün olduğunu bildirərək, inklüzivliyin təkcə sosial layihə deyil, həm də cəmiyyətin mənəvi yetkinliyinin və humanizm səviyyəsinin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, tamaşanın müəllifi və quruluşçu rejissoru Fərid Bağırov isə çıxışında layihənin bədii fəlsəfəsi və qlobal əhəmiyyəti barədə ətraflı məlumat verib. O, sürrealizm elementləri ilə zəngin olan bu səhnə əsərinin insanın daxili aləminin sərhədsizliyini və həssas kateqoriyalı gənclərin cəmiyyətə çatdırmaq istədiyi dərin mesajları özündə ehtiva etdiyini bildirib. Rejissor sənətin universallığının lokal sərhədləri aşaraq qlobal humanitar dəyərlərə xidmət etdiyini və müasir dövrdə bu cür layihələrin reallaşmasının ölkəmizin mədəniyyət strategiyasında sosial bərabərliyin nə dərəcədə fundamental prioritet olduğunu təsdiqlədiyini vurğulayıb.

Daha sonra həssas kateqoriyaya aid olan istedadlı gənc Nurlan Məmmədzadə görkəmli müğənni Müslüm Maqomayevin repertuarından "Azərbaycan" mahnısını ifa edib.

# 811 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər