Hekayə müsabiqəsinin qalibləri açıqlandı

Hekayə müsabiqəsinin qalibləri açıqlandı
2 mart 2026
# 13:43

"Zynergy" marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilən hekayə müsabiqəsinin yekun tədbiri və mükafatlandırma mərasimi LIBRAFF-ın “Park Akademiya” filialında keçirilib.

Kulis.az xəbər verir ki, müsabiqə gənc yazarların yaradıcılıq potensialının üzə çıxarılması, onların daha geniş auditoriyaya təqdim edilməsi və ədəbi mühitdə tanınırlığının artırılması məqsədi daşıyıb.

İştirakçılar hekayələrini “Təsadüfi görüş”, “Gələcəyə məktub” və “Yayın son günü” mövzuları üzrə təqdim ediblər. Təqdim olunan hekayələr münsiflər heyəti tərəfindən mövzunun əhatəsi, süjet xəttinin maraqlılığı və dil-üslub xüsusiyyətləri meyarları üzrə qiymətləndirilib.

Qiymətləndirmə hər bir meyar üzrə 10 bal olmaqla, ümumilikdə 30 ballıq şkala əsasında aparılıb. Münsiflər heyətində dosent, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) İdarə Heyətinin sədri Şəmil Sadiq, Röyanə Cəfərquliyeva və Tərlan Abbasova Lətifova yer alıb.

Müsabiqənin nəticələrinə əsasən, I yerin qalibi Samirə Əşrəf “Sonuncu yayın sonatası”, II yerin qalibi Məhəmməd Abbasov “Yaddaş”, III yerin qalibi Elnarə Rüstəmova isə “Parçalanmış Ayna” hekayəsi ilə müəyyənləşib.

Qaliblər diplom və sertifikatlarla təltif olunmaqla yanaşı, Indigo Printing House-dən istədikləri çap məhsullarını əldə etmələri üçün kuponlarla mükafatlandırılıblar. Belə ki, I yerin qalibinə 500 AZN, II yerin qalibinə 300 AZN, III yerin qalibinə isə 200 AZN dəyərində kupon təqdim olunub. Nəticələrə əsasən seçilmiş 26 hekayə “Seçilmiş hekayələr” kitabı adı altında çap olunub.

# 1536 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər