Haluk Levent həbs edildi

Haluk Levent həbs edildi
16 iyul 2026
# 13:04

Türkiyəli müğənni Haluk Levent barəsində həbs qərarı çıxarılıb.

Kulis.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində ifadələri alınan 25 şübhəlidən 19-u həbs, 6-sı isə məhkəmə nəzarəti tələbi ilə hakim qarşısına çıxarılıb.

Növbətçi məhkəmənin qərarı ilə Haluk Levent də daxil olmaqla 14 nəfər həbs edilib.

Prokurorluğun təqdim etdiyi sənəddə Haluk Leventin "cinayət törətmək məqsədilə təşkilat yaratma", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması", "xidməti vəzifədən sui-istifadə", "əmlakın qanuni yolla əldə edildiyi görüntüsünü yaratmaq" və "sərbəst peşə sahibləri tərəfindən dələduzluq" maddələri ilə ittiham olunduğu bildirilib.

İstintaq materiallarında qeyd olunub ki, Haluk Leventin təsis etdiyi Ahbap Dərnəyi xüsusilə 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlərdən sonra milyardlarla lirə ianə toplayıb. Lakin həmin vəsaitlərin idarə olunması və xərclənməsi ilə bağlı ciddi şübhələr yaranıb.

Prokurorluq dərnəyə daxil olan ianələrin şəffaf və yoxlanıla bilən şəkildə idarə olunmadığına dair əsaslı şübhələrin olduğunu, bu iddiaların isə Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatı ilə dəstəkləndiyini bildirib.

Bundan başqa, istintaq çərçivəsində Ahbap Dərnəyinin bəzi əmlaklarının satıldığı, maliyyə əməliyyatları və ianələrin istifadəsi ilə bağlı araşdırmaların davam etdiyi vurğulanıb.

Haluk Levent polisə ifadəsində aylıq gəlirini "naməlum" kimi göstərib. O, həmçinin üzərinə qeydiyyatda olan daşınmaz əmlakı, avtomobili və ya digər mal varlığının olmadığını bildirib.

# 838 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər