"Gəncliyin sözü" kitabı Qobustanda təqdim edildi

"Gəncliyin sözü" kitabı Qobustanda təqdim edildi
29 aprel 2022
# 17:40

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" adlı kitabın Qobustan Gənclər Evində təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Qobustan Gənclər Evində baş tutan görüşdə Sosial Xidmət Müəssisəsinin direktoru Anar Rzaquliyev qonaqları və auditoriyanı salamladıqdan sonra, Qobustan Gənclər Evinin "Bədii Yaradıcılıq" dərnəyinin rəhbəri Yusif Nazim Ərəbsoya bu görüşün baş tutmasında göstərdiyi təşəbbüsə görə minnətdarlığını ifadə edib. Ardınca Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar çıxış edərək, təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Təşkilat tərəfindən nəşr edilən kitablardan, DGTYB-nin müxtəlif türk ölkələrində keçirilən çoxsaylı tədbirlərdə Azərbaycan ədəbiyyatını təmsil etməsindən və "Gəncliyin Sözü" kitabının nəşr olunmasındakı məqsəddən danışıb, tədbirin təşkilatçılarına, iştirakçılara öz minnətdarlığını ifadə edib.

Tədbirin aparıcısı Yusif Nazim Ərəbsoy DGTYB-nin gənc yazarların tanıdılması istiqamətindəki fəaliyyətindən və dərc olunan kitab haqqında fikirlərini ifadə edib. Daha sonra ardıcıl olaraq tədbir iştirakçılarına söz verilib. İştirakçılardan Qobustan rayon Cəyirli kənd tam orta məktəbin müəllimi Axundov Aynur çıxış edərək, sözün, ədəbiyyatın gənclərin tərbiyəsində əvəzsiz rolunu, kitab üçün atılan addımın alqışa layiq olduğunu vurğulayıb. Daha sonra Qobustan şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Vüsalə xanım kitabdan "Zəfər simvolu" adlı şeiri oxuyub. Qobustan Gənclər Evinin "Bədii Yaradıcılıq" dərnəyinin nəzdində fəaliyyət göstərən "Müzakirə-Mütaliə Klubu"nun üzvü Məmmədova Səmayə əzbərlədiyi "Ora - döyüş meydanı" adlı şeiri səsləndirib.

Daha sonra digər iştirakçılar auditoriyaya paylanmış "Gəncliyin Sözü" kitabından bəyəndikləri şeirləri səsləndiriblər. Sonda İntiqam Yaşar diplomlar təqdim etdikdən sonra, təşkilatın idarə heyətinin üzvləri Yusif Nazim Ərəbsoy və Sərvər Kamranlı ilə birlikdə iştirakçıların istəyilə paylanılan kitabları imzalayıblar.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər