Gəncə Dövlət Filarmoniyasının ərazisində qanunsuz tikintilərin qarşısı alındı

Gəncə Dövlət Filarmoniyasının ərazisində qanunsuz tikintilərin qarşısı alındı
21 avqust 2025
# 13:10

"Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi 91 ünvanında yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Gəncə Dövlət Filarmoniyasının Kamera zalının (Alban məbədi) mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı qeydə alınıb".

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, bir müddət əvvəl abidənin ətrafı dəmir materialdan hazırlanmış hasarla əhatə olunmuş, görülən tədbirlər nəticəsində həmin hasar sökülmüşdü.

"Lakin ötən gün mühafizə zonasında mişar daşından yeni hasarın tikilməsinə cəhd göstərilib. Bu gün səhər saatlarında qanunsuz tikinti sökülüb, işləri aparan şəxslərə isə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının abidələrin qorunması ilə bağlı qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Abidənin mühafizəsinin təmin olunması, onun orijinallığının və tarixi dəyərinin qorunması istiqamətində birgə tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunub", - müraciətdə deyilir.

# 1575 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər