Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi

Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi
14 sentyabr 2026
# 14:00

Po (Pau) Sərgi Mərkəzində keçirilən Assosiasiyalar Forumunda “BA Cultural Center” assosiasiyası Azərbaycan rəqslərini, musiqisini və xalça sənətini nümayiş etdirib. Forum yerli assosiasiyaların fəaliyyətinin tanıdılması, insanların bir araya gətirilməsi, paylaşım və mədəniyyətlərarası dialoqun təşviqi məqsədi daşıyıb.

Kulis.az xəbər verir ki, tədbir assosiasiyalara öz fəaliyyətlərini ictimaiyyətə təqdim etmək, yeni əlaqələr qurmaq və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı ünsiyyəti gücləndirmək imkanı yaradıb.

Forum çərçivəsində “BA Cultural Center” Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirib. Tədbirin diqqətçəkən məqamlarından biri Azərbaycanın ənənəvi rəqsinin təqdimatı olub. Rəqsin rəngarəngliyi, ritmləri və ifadə zənginliyi ziyarətçilərin böyük marağına səbəb olub.

Tədbirdə ənənəvi musiqiyə də xüsusi yer ayrılıb. Aşıq Nəsib Azərbaycan xalq musiqisini və onun zəngin ənənələrini təqdim edib. Musiqi və rəqs nümayişləri ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb, milli ənənələrin, musiqinin və mədəni irsin gələcək nəsillərə ötürülməsi ilə bağlı fikir mübadiləsinə imkan yaradıb.

Assosiasiyanın stendində “BA Cultural Center” müxtəlif mədəni və ictimai fəaliyyətləri haqqında məlumat verilib. Burada, həmçinin Azərbaycan xalça sənətinə həsr olunmuş xüsusi təqdimat və emalatxana təşkil olunub. Ziyarətçilər assosiasiya üzvləri ilə söhbət etmək, onların fəaliyyəti ilə tanış olmaq, il ərzində həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə məlumat almaq imkanı əldə ediblər.

“BA Cultural Center” stendi Forum çərçivəsində çoxsaylı ziyarətçilərin diqqətini cəlb edib. İştirakçılar xüsusilə təqdim olunan mədəni proqramlara və sənət nümunələrinə böyük maraq göstəriblər.

Assosiasiya Po şəhərinin mədəni həyatında iştirakını davam etdirmək, müxtəlif mədəniyyətlərin bir araya gəlməsi, bir-birini daha yaxından tanıması və qarşılıqlı dialoq üçün yeni imkanlar yaratmaq niyyətindədir.

# 788 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər